Mətbu məlumat  
Xəbərlər
Almaniya Federativ Respublikasının Köln şəhərində “Statistika təşkilatlarında keyfiyyətin idarə olunması” mövzusunda təlim kursu təşkil edilmişdir.01.07.2013
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev, sektor müdiri Vüqar Məmmədəlizadə və məsləhətçisi Aynur Sultanova 2013-cü ilin 17-20 iyun tarixlərində Avropa Qonşuluq Siyasəti-Şərq regionu çərşivəsində (ENP-EAST) Avropa İttifaqının Statistika İdarəsinin (bundan sonra Avrostat) təşkilatçılığı ilə Almaniya Federativ ...
Ətraflı
Dövlət Statistika Komitəsinin sədri “Şöhrət” ordeni ilə təltif edildi28.06.2013
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikasında statistika işinin təşkilində xidmətlərinə görə Arif Mikayıl oğlu Vəliyev "Şöhrət" ordeni ilə təltif edilsin.
Ətraflı
Moskvada ÜDM-in xərc komponentlərinin ilkin qruplar üzrə bölüşdürülməsinin yekunlarına dair müşavirə keçirilmişdir.25.06.2013
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin müdiri Elman Qasımzadə 19-20 iyun 2013-cü il tarixlərində MDB ölkələrində ümumi daxili məhsulun beynəlxalq müqayisələrin nəticələri ilə bağlı nəzərdə tutulmuş tədbirlər çərçivəsində ÜDM-in xərc komponentlərinin ilkin qruplar üzrə bölüşdürülməsi və alınmış nəticələrə dair Moskvada keçirilmiş müşavirədə iştirak etmişdir. İclas MDB regionu üzrə bu layihənin əlaqələndiricisi ...
Ətraflı
Dövlət Statistika Komitəsində "Açıq qapı" günü - keçirilmişdir.21.06.2013
Cari ilin iyun ayının 21-də Dövlət Statistika Komitəsində ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Açıq qapı" günü - keçirilmişdir. Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun ...
Ətraflı
BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən Cenevrə şəhərində keçirilmiş tədbirlər haqqında21.06.2013
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin müdiri Rəşad Bayramov cari ilin iyun ayının 10-13-də BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən İsveçrənin Cenevrə şəhərində keçirilmiş üç tədbirdə: iyun ayının 10-dan 12-nə (günün birinci yarısı) kimi Avropa Statistikləri Konfransının 61-ci plenar sessiyasında; iyun ayının 12-i günün ikinci yarısı və 13-ü birinci yarısı Şərqi-Avropa, Qafqaz ...
Ətraflı
Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir20.06.2013
20 iyunda Dövlət Statistika Komitəsində Dünya Bankının Azərbaycan üzrə Proqramatik Yoxsulluğun Qiymətləndirilməsi və Proqramatik Gender Qiymətləndirilməsi üzrə missiyanın nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə Dünya Bankı və Dövlət Statistika Komitəsi arasında əməkdaşlıq, məlumat mübadiləsinin genişləndirilməsi, ev təsərrüfatının tədqiqatı, gender statistikası və müxtəlif istiqamətlərdə məsələlər müzakirə olunmuşdur.
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 [-45-] 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72

kişisel blog