Mətbu məlumat  
Xəbərlər
Macarıstanın Budapeşt şəhərində Kənd təsərrüfatı və kənd yerlərinin statistikasının təkmilləşdirilməsinə dair Qlobal Strategiya üzrə iclas keçirilmişdir10.07.2013
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin müdiri Rəşad Bayramov 03-04 iyul 2013-cü il tarixdə Macarıstanın Budapeşt şəhərində BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) və Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsi tərəfindən təşkil edilmiş iclasda iştirak etmişdir. İclasın əsas məqsədi Dünya Bankı və BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) ...
Ətraflı
Dövlət Statistika Komitəsinin nümayəndələri Yasamal RİH-də keçirilmiş narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirdə iştirak etmişlər03.07.2013
2013-cü il 3 iyul tarixində Yasamal RİH-də müəssisələrin və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Dövlət Statistika komitəsinin nümayəndələri Sənaye və tikinti statistikası şöbəsi müdirinin müavini, Dövlətstatkomun Gənclər və İdman Nümayəndəliyinin sədri Əlili Elnur və Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin əməkdaşı ...
Ətraflı
Dövlət Statistika Komitəsində Minilliyin inkişaf məqsədləri üçün metaməlumatların təqdm edilməsinə dair seminar keçirilmişdir03.07.2013
2013-cü ilin 2 iyul tarixində Dövlət Statistika Komitəsində BMT-nin İnkişaf Hesabları (UNDA) tərəfindən maliyyələşdirilən “Minilliyin inkişaf məqsədlərinin monitorinqi üçün statistik və təşkilatlararası bacarıqların gücləndirilməsi” layihəsi çərçivəsində seminar keçirilmişdir. Seminar rəsmi statistik məlumatlarla metaməlumatların necə müəyyən edilməsi, istehsalı, idarə edilməsi və nəşr olunmasına həsr olunmuşdur.
Ətraflı
Almaniya Federativ Respublikasının Köln şəhərində “Statistika təşkilatlarında keyfiyyətin idarə olunması” mövzusunda təlim kursu təşkil edilmişdir.01.07.2013
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev, sektor müdiri Vüqar Məmmədəlizadə və məsləhətçisi Aynur Sultanova 2013-cü ilin 17-20 iyun tarixlərində Avropa Qonşuluq Siyasəti-Şərq regionu çərşivəsində (ENP-EAST) Avropa İttifaqının Statistika İdarəsinin (bundan sonra Avrostat) təşkilatçılığı ilə Almaniya Federativ ...
Ətraflı
Dövlət Statistika Komitəsinin sədri “Şöhrət” ordeni ilə təltif edildi28.06.2013
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikasında statistika işinin təşkilində xidmətlərinə görə Arif Mikayıl oğlu Vəliyev "Şöhrət" ordeni ilə təltif edilsin.
Ətraflı
Moskvada ÜDM-in xərc komponentlərinin ilkin qruplar üzrə bölüşdürülməsinin yekunlarına dair müşavirə keçirilmişdir.25.06.2013
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin müdiri Elman Qasımzadə 19-20 iyun 2013-cü il tarixlərində MDB ölkələrində ümumi daxili məhsulun beynəlxalq müqayisələrin nəticələri ilə bağlı nəzərdə tutulmuş tədbirlər çərçivəsində ÜDM-in xərc komponentlərinin ilkin qruplar üzrə bölüşdürülməsi və alınmış nəticələrə dair Moskvada keçirilmiş müşavirədə iştirak etmişdir. İclas MDB regionu üzrə bu layihənin əlaqələndiricisi ...
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 [-46-] 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73

kişisel blog