Mətbu məlumat  
Xəbərlər
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2010-cu il nəşrlərin buraxılış təqviminə uyğun olaraq "Azərbaycanın Sənayesi" statistika məcmuəsi çapdan çıxmışdır.31.08.2010
"Azərbaycanın sənayesi" statistika məcmuəsinə son illərdə Azərbaycan Respublikası sənayesinin işini xarakterizə edən əsas statistik məlumatlar daxil edilmişdir.Məcmuədə məlumatlar iqtisadi fəaliyyət növlərinin yeni təsnifatı üzrə qruplaşdırılmış və sənaye sektoru - "mədənçıxarma sənayesi", "emal sənayesi", "elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat" və "su təchizatı; çirkli sular və tullantıların təmizlənməsi" kimi fəaliyyat növləri əhatə olunur.
Ətraflı
"Azərbaycanın nəqliyyatı" statistika məcmuəsi nəşr olunmuşdur06.07.2010
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2010-cu il nəşrlərin buraxılış təqviminə uyğun olaraq "Azərbaycanın nəqliyyatı" statistika məcmuəsi çapdan çıxmışdır. 2009-cu ilin məlumatları da daxil olmaqla burada nəqliyyatın infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün bir sıra dünya ölkələrinin məlumatları verilmişdir.
Ətraflı
"Azərbaycanda telekommunikasiya və poçt" statistika məcmuəsi nəşr olunmuşdur.06.07.2010
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2010-cu il nəşrlərin buraxılış təqviminə uyğun olaraq "Azərbaycanda telekommunikasiya və poçt" statistika məcmuəsi çapdan çıxmışdır. Burada ölkə rabitəsinin vəziyyətini, onun inkişaf dinamikasını izləməyə imkan verən statistika məlumatları verilmişdir.
Ətraflı
"Avropa Statistikləri Konfransının 58-ci plenar sessiyası"nın yekunları haqqında21.06.2010
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və BMT-nin Avropa İqtisadi Komissiyasının 8-10 iyun 2010-cu il tarixində Paris şəhərində birgə təşkil etdiyi "Avropa Statistikləri Konfransının 58-ci plenar sessiyası"nda 56 Avropa və digər dünya ölkələrinin milli statistika idarələrinin, eyni zamanda beynəlxalq və hökumətlərarası təşkilatların nümayəndələri iştirak etmişdir.
Ətraflı
Avropa Qonşuluq Siyasəti çərçivəsində "Tvinninq" layihəsi üzrə həyata keçirilən tədbirlərin gedişatı haqqında29.04.2010
2010-cu il aprel ayının 26-27-də Almaniya Federal Statistika İdarəsinin prezidenti cənab Roderix Egeler və Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti xanım Mariana Kotzeva Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində səfərdə olmuşlar. Səfərdə cənab Roderix Egelerin və xanım Mariana Kotzevanın əsas məqsədi Avropa Qonşuluq Siyasəti çərçivəsində Tvinninq layihəsi üzrə həyata keçirilən tədbirlərin gedişatı ilə tanış ...
Ətraflı
Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutu ilə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlər haqqında23.04.2010
2010-cu il aprel ayının 26-27-də Almaniya Federal Statistika İdarəsinin prezidenti cənab Roderix Egelerin və Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti xanım Mariana Kotzevanın Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə səfərləri gözlənilir.
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 [-68-] 69 70 71 72

kişisel blog