Mursaqulov Azər İsmayıl oğlu - Sədr

| Telefon: | 538-11-71 |
| Faks: | 538-24-42 |
| Qəbul günləri: | Çərşənbə axşamı saat 1100 - 1300 |
|
1981-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Türkiyənin Boğaziçi Universitetinin Biznesin İdarəedilməsi fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə ABŞ-ın Corciya Universitetinin iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini alıb. 2007-2010-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb. 2010-2012-ci illərdə ABŞ-ın Vaşinqton şəhərində, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri olub. 2012-2019-cu illərdə Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb. 2019-cu ildən 10 fevral 2026-cı il tarixinədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib. 22 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvüdür. İngilis, rus və türk dillərini əla səviyyədə bilir. |
|
