AZ    EN
logo

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında "Statistika Şurası haqqında" əsasnamə

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvləri

Statistika Şurası

  • Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında "Statistika Şurası" (bundan sonra "Şura" adlanacaq) statistika sahəsində proqramların hazırlanması, həyata keçirilməsi və statistikanın təşkili, inkişafı və statistika qurumlarının fəaliyyətinə dair məsləhətlərin verilməsi məqsədi ilə yaradılmışdır.
  • Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası hökumətinin qərar və sərəncamlarını, "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnaməni və bu Əsasnaməni rəhbər tutur.
  • Şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, təsərrüfat subyektləri və ictimai təşkilatlarla, habelə statistik məlumatların istifadəçiləri ilə əlaqəli surətdə həyata keçirir.
  • Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Şura aşağıdakı vəzifələri yerinə yetirir:
    - statistika sahəsində qanunvericilik aktlarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
    - statistik hesabatların sadələşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı Dövlət Statistika Komitəsinin rəhbərliyinə təkliflər vermək;
    - Azərbaycan Respublikasında rəsmi statistikanın ardıcıl inkişafı üzrə tövsiyələr hazırlamaq;
    - statistika sistemində islahatların aparılması istiqamətində müvafiq proqramların hazırlanmasına dair təklif və tövsiyələr hazırlamaq və bu barədə Azərbaycan Respublikası hökumətini məlumatlandırmaq;
    - müvafıq proqramların həyata keçirilməsinə nəzarət etmək və bu məsələ ilə bağlı məsləhətlər vermək;
    - statistik məlumatların istifadəçilərinin statistikaya dair rəy və təkliflərinə baxaraq Dövlət Statistika Komitəsinin rəhbərliyinə tövsiyələr vermək;
    - qanunvericiliyə uyğun olaraq tövsiyə xarakterli digər vəzifələri həyata keçirmək.
  • Şura öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
    - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyinə statistika sahəsində proqramların hazırlanması və həyata keçirilməsinə dair təkliflər vermək;
    - statistikanın fəaliyyət istiqamətlərinə uyğun olaraq normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair təkliflər vermək;
    - statistik hesabatların tətbiqi ilə bağlı Dövlət Statistika Komitəsinin rəhbərliyinə təkliflər vermək;
    - öz səlahiyyətləri çərçivəsində dövlət orqanlarına, hüquqi və fıziki şəxslərə, statistik məlumatların istifadəçilərinə statistikaya aid proqramların tərtib olunması və yerinə yetirilməsinə dair sorğular vermək və cavab almaq;
    - dövlət orqanlarının mütəxəssislərini, hüquqi və fıziki şəxsləri, müstəqil ekspert və mütəxəssisləri Şuranın fəaliyyətinə cəlb etmək;
    - ictimaiyyət arasında rəsmi statistikaya inamın formalaşdırılması və statistika qurumlarının fəaliyyətində aşkarlığın yüksəldilməsinə dair təkliflər vermək;
    - qanunvericiliyə və səlahiyyətlərinə uyğun olaraq digər vəzifələri həyata keçirmək.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim