Vüsalə Alıyeva Nuşiravan qızı - İnsan resursları və hüquq şöbəsi
Şöbə müdiri | |
Telefon: | 538-90-52 |
E-poçt: | vusala.aliyeva@stat.gov.az |
Vüsalə Alıyeva 1990-cı il fevral ayının 24-də Bakı şəhərində anadan olmuşdur. 2011-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini, 2015-ci ildə Mülki hüquq ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Sosial iş” ixtisası üzrə magistr pilləsindən məzun olmuşdur. 2015-2018-ci illərdə Dövlət Statistika Komitəsinin aparatında, 2018-2021-ci illərdə Dövlət Turizm Agentliyinin aparatında baş məsləhətçi vəzifəsində işləmişdir. 2021-ci ildən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin İnsan resursları və hüquq şöbəsinin müdiridir. 1-ci dərəcə dövlət qulluqçusudur. Evlidir, bir övladı var. |
|
Şöbənin fəaliyyət istiqaməti: | |
-Dövlətstatkomun aparatında və tabeliyində olan qurumlarda dövlət qulluğu və kadr işinin, əmək münasibətlərinin tənzimlənməsinin təşkilini və təkmilləşdirilməsini təmin edir; -Dövlətstatkomun aparatında və tabeliyində olan qurumlarda kadrların seçilib yerləşdirilməsinə və onların ixtisasının artırılmasına nəzarət edir və bu sahədə əməli tədbirlər həyata keçirir; -Dövlətstatkomun aparatında və tabeliyində olan qurumlarda kadrlara olan təlabatı müəyyən edir; -Dövlətstatkomun aparatında və tabeliyində olan qurumlarda qanunvericiliyin tətbiqinə dair informasiya xidmətini həyata keçirir; -hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərinin təşkili və təkmilləşdirilməsi, Dövlətstatkomun məhkəmələrdə təmsil olunması, hüquq və qanuni mənafelərinin müdafiəsini təmin edir; -Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, digər istiqamətlərdə fəaliyyət göstərir. |