AZ    EN
logo

Məmmədov Sədi Sədrəddin oğlu - Rejim və məxfi kargüzarlıq şöbəsi

Şöbə müdiri
Telefon: 538-77-04
E-poçt: sadi.mammadov@stat.gov.az
1961-ci il 3 mart tarixində Bakı Şəhərində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
1978-1988-ci illərdə Qaradağ Rayon Statistika Şöbəsində təsərrüfat müdiri, baş iqtisadçı və rəis müavini vəzifələrində çalışmışdır. 1988-ci ildən Bakı Şəhər Statistika İdarəsində baş iqtisadçı və şöbə müdiri vəzifələrində çalışmışdır.
1997-ci ildən Bakı Şəhər Statistika İdarəsinin rəis müavini vəzifəsində işləmişdir.
2017-ci il 31 mart tarixindən Dövlətstatkomun Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiridir. Dövlət qulluğunun kiçik müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2019-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, üç övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
- Dövlət Statistika Komitəsində dövlət sirri təşkil edən məlumatların sənədləşdirilməsini təmin edir və onlarla işi təşkil edir;
- məxfilik rejimini təşkil etməklə ona ciddi əməl olunmasını təmin edir;
- inzibati binaya kənar şəxslərin daxil olması üçün birdəfəlik buraxılış vərəqələrinin verilməsi və buraxılış qaydalarına əməl olunmasına nəzarət edir.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim