AZ    EN
logo

Məmmədov Vahab Feyruz oğlu - Sədrin birinci müavini

Telefon: 377-10-70 (33-82)
E-poçt: vahab.mammadov@stat.gov.az
Qəbül günləri: Cümə axşamı saat 1400 - 1600
1963-cü il avqustun 27-də Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. İqtisad elmləri namizədidir.
1984-1987-ci illərdə Əli Bayramov adına Bakı istehsalat birliyində mühasib, 1987-1992-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda iqtisadçı və elmi işçi vəzifəsində işləmişdir.
1988-1991-ci illərdə aspiranturada təhsilini davam etdirmiş və Moskva şəhərində Mərkəzi Əmək İnstitutunda elmi işini müdafiə etmişdir.
1992-1993-cü illərdə Azərbaycan Respublikasının Əmək və Sosial Məsələlər Komitəsində aparıcı iqtisadçı, baş iqtisadçı, 1993-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdirinin müavini, 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Əlillərin Sosial Müdafiəsi Fondunda sədrin müavini, 1997-2015-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisinin müavini, idarə rəisi, şöbə müdiri vəzifələrində çalışmışdır.
Bununla yanaşı, 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində direktor vəzifəsində işləmişdir.
2015-ci il oktyabr ayının 19-dan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilmişdir.
2016-cı ilin 03 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin birinci müavini təyin edilmişdir.
Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim