AZ    EN
logo

Nemət İsmayıl oğlu Xuduzadə - Əmək statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 538-61-21
E-poçt: nemat.khuduzade@stat.gov.az
1970-ci il oktyabr ayının 13-də Göyçə mahalında anadan olmuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1990-1991-ci illərdə Elmi-Tədqiqat Energetika İnstitutunda texnik, 1991-1997-ci illərdə Bakı Şəhər Statistika İdarəsində aparıcı iqtisadçı, 1997-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi və şöbə müdirinin müavini vəzifələrində işləmişdir.
2016-cı ildən Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
- əmək statistikası sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- əmək statistikasına dair məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
- əmək statistikası sahəsinin inkişafını təmin etmək;
- əmək bazarına dair statistika tədqiqatlarını təşkil etmək;
- ölkədə yeni iş yerlərinin açılması barədə statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə və ayrı-ayrı regionlarda baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
- qanunvericiliklə nəzərdə tutulmuş qaydada və beynəlxalq hüquq normalarına uyğun olaraq, verilmiş səlahiyyətlər çərçivəsində digər dövlətlərin statistika xidmətləri və beynəlxalq təşkilatlar ilə əmək statistikası sahəsində əməkdaşlığı həyata keçirmək.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim