Paşa Yaşar Əhməd oğlu - Həyat keyfiyyətinin statistikası şöbəsi

Şöbə müdiri | |
Telefon: | 538-52-80 |
E-poçt: | yashar.pasha@stat.gov.az |
1962-ci dekabr ayının 17-də Ermənistan SSR Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir. 1984-1999-cu illərdə Dövlətstatkomda iqtisadçı, böyük iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, idarə rəisinin müavini vəzifələrində işləmişdir. 1999-cu ildən Dövlətstatkomun Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası şöbəsinin müdiridir. 2016-cı ildən Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var. |
|
Şöbənin fəaliyyət istiqaməti: | |
-seçmə şəbəkəsi əsasında ev təsərrüfatlarının tədqiqatı sahəsində rəsmi statistikanın həyata keçirilməsini təmin etmək; -statistik müşahidələr üzrə məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək; -sahə üzrə regionların sosial-iqtisadi inkişafını xarakterizə edən göstəriciləri hazırlayıb aidiyyəti qurumlara çatdırmaq. |