Əliyev Fərhad Ərəstun oğlu - Beynəlxalq əlaqələr şöbəsi
Şöbə müdiri | |
Telefon: | 539-80-50 |
E-poçt: | farhad.aliyev@stat.gov.az |
Fərhad Əliyev 1977-ci il mart ayının 31-də Salyan rayonunda anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2014-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 2002-2021-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləmişdir. 2021-cı ildən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. II Qarabağ müharibəsi iştirakçısıdır, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, üç övladı var. |
|
Şöbənin fəaliyyət istiqaməti: | |
- Müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada, Komitənin xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən orqanlarla və onları birləşdirən beynəlxalq qurumlar, digər beynəlxalq təşkilatlar ilə əlaqələrin qurulmasını və onlarla əməkdaşlığı təmin etmək; - Statistika sahəsində əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak etmək, Komitənin səlahiyyətlərinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək və bu sahədə görülən işləri əlaqələndirmək; - Qanunvericiliklə nəzərdə tutulmuş qaydada və beynəlxalq hüquq normalarına uyğun olaraq, verilmiş səlahiyyətlər çərçivəsində digər dövlətlərin statistika xidmətləri və beynəlxalq statistika təşkilatları ilə statistika sahəsində əməkdaşlığı həyata keçirmək; - Azərbaycan Respublikasının qanunvericiliyi və Komitənin rəhbərliyi tərəfindən həvalə olunmuş digər istiqamətlərdə fəaliyyəti yerinə yetirmək. |