Kuzina Tatyana Vladimirovna - Maliyyə və təsərrüfat şöbəsi
Şöbə müdiri | |
Telefon: | 538-75-60 |
E-poçt: | tatyana.kuzina@stat.gov.az |
1964-cü il aprel ayının 15-də Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması fakültəsinin Əməyin iqtisadiyyatı ixtisasına daxil olmuş 1986-cu ildə bitirmişdir. 1984-2005-ci illərdə Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. 2005-2015-ci illərdə Dövlət Statistika Komitəsinin Maliyyə şöbəsində müdir müavini vəzifəsində işləmişdir. 2016-cı ildən Dövlət Statistika Komitəsinin Maliyyə və təsərrüfat şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 oktyabr tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var. |
|
Şöbənin fəaliyyət istiqaməti: | |
-Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində və yerli statistika orqanlarında maliyyə - təsərrüfat işini və mühasibat uçotunu təşkil etmək; -Dövlət Statistika Komitəsi sistemi üzrə dövlət maliyyə intizamına riayət edilməsinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsaitə qənaət edilməsinə və onun təyinatı üzrə xərclənməsinə nəzarət etmək; -Dövlət Statistika Komitəsi və yerli statistika orqanlarının balansında olan maddi qiymətlilərin, avadanlıq və inventarın saxlanmasına nəzarəti təmin etmək; -Dövlət Statistika Komitəsi Aparatının və yerli statistika orqanlarının inventar, material, dəftərxana və digər ləvazimatlara olan tələbatını müəyyən edərək onları maddi qiymətlilərlə təchiz etmək; -mühasibat hesabatlarını, xərclər smetasının icrası barədə rüblük, illik mühasibat hesabatlarını və balanslarını tərtib etmək və onları aidiyyəti orqanlara təqdim etmək; -Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarına əsasən əsaslı vəsait qoyuluşuna ayrılmış vəsaitə uyğun olaraq xərclər smetasını hazırlamaq; -Dövlət Statistika Komitəsi Aparatının və yerli statistika orqanlarının ştat cədvəllərini hazırlamaq; -Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınmasını təşkil etmək və həyata keçirilməsini təmin etmək; -Dövlət Statistika Komitəsinin yerləşdiyi sahədə və inzibati binada təsərrüfat xidmətini təşkil etmək. |