|
1964-cü il avqust ayının 23-də Bakı şəhərində anadan olub.
1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirib. İqtisad elmləri namizədidir.
1985-ci ildən 1989-cu ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, 1989-cu ildən 2007-ci ilədək Dövlətstatkomun Aparatında sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.
Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 5 mart tarixli Sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Evlidir, iki övladı var.
|