Süleymanov Nuru Cəfər oğlu - Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi

Şöbə müdiri | |
Telefon: | 538-74-50 |
E-poçt: | nuru.suleymanov@stat.gov.az |
1970-ci il noyabr ayının 17-də Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir. 1993-cü ildən 2000-ci ilədək Dövlətstatkomda 1-ci dərəcəli iqtisadçı, iqtisadçı, aparıcı iqtisadçı və baş iqtisadçı vəzifələrində işləmişdir. 2000-ci ildən Dövlətstatkomun Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var. |
|
Şöbənin fəaliyyət istiqaməti: | |
-milli hesablar, maliyyə və müəssisələr statistikası üzrə rəsmi statistikanın həyata keçirilməsini, qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikasına dair zəruri statistik məlumatların əldə edilməsini təmin etmək; -statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək; -regionların sosial-iqtisadi inkişafını xarakterizə edən göstəriciləri hazırlamaq və aidiyyəti qurumlara çatdırmaq. |