AZ    EN
logo

Vəliyev Rəşid Valeh oğlu - Qiymət statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 538-52-72
E-poçt: rashid.valiyev@stat.gov.az
1979-cu il iyun ayının 12-də Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Gəncə Dövlət Universitetini, 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
1999-2020-ci illərdə Dövlət Statistika Komitəsində iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləmişdir. 2020-ci ilin mart ayından Dövlət Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin müdiridir.
Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
-qiymət statistikasına dair statistik məlumatların vaxtında toplanmasını, işlənməsini və hesablamaların aparılmasını təmin edir;
-qiymət statistikası sahəsində yeniliklərin tətbiqini və sahənin inkişafını təmin edir;
-qiymət statistikası sahələri üzrə statistika tədqiqatları təşkil edir və aparır;
-qiymət indekslərinin hesablanmasına dair metodologiyaların işlənməsini və hazırlanmış statistik məlumatların beynəlxalq müqayisəliliyini təmin edir.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim