AZ    EN
logo
2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 102,7 faiz təşkil etmişdir.2024-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9438,7 milyon manat məbləğində investisiya yönəldilmişdir.2024-cü ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir2024-cü ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 22169,2 milyon ABŞ dolları təşkil etmişdir.2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi 3,4 faiz artmışdır.2024-cü ilin yanvar-iyul aylarında ölkədə ÜDM istehsalı 4,5 faiz artmışdır.2024-cü ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 1002,8 manat təşkil etmişdir.2024-cü ilin yanvar-may aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1003,3 manat olmuşdur.2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz artmışdır.2024-cü ilin yanvar-iyun aylarında ölkədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18225,4 milyon ABŞ dolları təşkil etmişdir.2024-cü ilin yanvar-iyun aylarında 31,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7984,8 milyon manat məbləğində investisiya yönəldilmişdir.2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən 101,1 faiz təşkil etmişdir.2024-cü il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,7 min nəfər olmuşdur.2024-cü ilin yanvar-may aylarında 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2024-cü ilin yanvar-mart aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 985,3 manat olmuşdur.

Yusifov Yusif Xasay oğlu - Sədrin müavini, Kollegiyanın üzvü

Telefon: 377-10-70 (33-62)
E-poçt: yusif.yusifov@stat.gov.az
Qəbül günləri: Çərşənbə axşamı saat 1600 - 1800
1975-ci il dekabr ayının 26-da Samux rayonunda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş, 1997-ci ildə Universiteti “Statistika” ixtisası üzrə bakalavr, 1999-cu ildə “Makroiqtisadi statistika” ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə ikinci ali təhsilə yiyələnmişdir.
2001-ci ildə BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunda “Statistik məlumatların toplanması, işlənməsi, təhlili” mövzusunda ixtisasartırma kursunu bitirmişdir.
2010-cu ildə “Azərbaycan Respublikasının nəqliyyat statistikasının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
1999-2000-ci illərdə Azərbaycan Respublikasının silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.
1998-ci ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Sənaye, nəqliyyat və rabitə statistikası şöbəsinə aparıcı məsləhətçi vəzifəsinə işə daxil olmuş, həmin ildə baş məsləhətçi, 1999-cu ildə sektor müdiri, 2007-ci ildə isə şöbənin müdiri vəzifəsinə təyin olunmuş, 2012-ci ildə Komitədə yeni yaradılmış Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini təyin edilmişdir.
Dövlət qulluğunun müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Ailəlidir, iki övladı var.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim