AZ    EN
logo

Yusifov Yusif Xasay oğlu - Sədrin müavini, Kollegiyanın üzvü

Telefon: 377-10-70 (33-62)
E-poçt: yusif.yusifov@stat.gov.az
Qəbül günləri: Çərşənbə axşamı saat 1600 - 1800
1975-ci il dekabr ayının 26-da Samux rayonunun Salahlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. İqtisad üzrə fəlsəfə doktorudur.
1998-2012-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş iqtisadçı, sektor müdiri, şöbə müdiri vəzifələrində işləmişdir.
2013-cü il 16 yanvar tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim