Qasımzadə Elman Qabil oğlu - Sənaye və tikinti statistikası şöbəsi
Şöbə müdiri | |
Telefon: | 539-87-17 |
E-poçt: | elman.gasimzade@stat.gov.az |
1975-ci il dekabr ayının 21-də Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
1997-2012-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, 2013-2019-cu illərdə Dövlət Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2019-cu ilin sentyabr ayından Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var. |
|
Şöbənin fəaliyyət istiqaməti: | |
- sənaye və tikinti statistikası sahəsində rəsmi statistikanın həyata keçirilməsini təmin etmək; - statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək; - regionların sosial-iqtisadi inkişafını xarakterizə edən göstəriciləri hazırlamaq və aidiyyəti qurumlara çatdırmaq. |