AZ    EN
logo

Lazımova Rəna Əlihəsən qızı – Energetika və ətraf mühit statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 538-63-03
E-poçt: rana.lazimova@stat.gov.az
1958-ci il oktyabr ayının 13-də Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu neft və qaz sənayesinin iqtisadiyyatı və təşkili ixtisası üzrə bitirmişdir.
1982-ci ildən 1994-cü ilin iyul ayınadək Bakı şəhər Statistika İdarəsində Əsaslı tikinti statistikası şöbəsinin müdiri, 1994-cü ilin iyul ayından Dövlət Statistika Komitəsi Aparatında sektor müdiri vəzifələrində işləmişdir.
2016-cı ilin may ayından Aparatın Energetika və ətraf mühit statistikası şöbəsinin müdiridir.
Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
-energetika və ətraf mühit statistikası sahəsində rəsmi statistikanın həyata keçirilməsini təmin etmək;
-statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
-regionların sosial-iqtisadi inkişafını xarakterizə edən göstəriciləri hazırlamaq və aidiyyəti qurumlara çatdırmaq;
-energetika və ətraf mühit statistikasına dair metodologiyaların işlənməsini və hazırlanmış statistik məlumatların beynəlxalq müqayisəliliyini təmin etmək.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim