Musayev Cabbar Hafiz oğlu – Aparatın rəhbəri
Telefon: | 377-10-70 (33-48) |
E-poçt: | jabbar.musayev@stat.gov.az |
Qəbül günləri: | Bazar ertəsi saat 1500 - 1700 |
1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil almış, 2007-ci ildə
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İqtisad üzrə
fəlsəfə doktorudur. 2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi,
sektor müdiri vəzifələrində işləmiş, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış
Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışmışdır. 2016-cı ilin aprel ayının 18-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var. |