Əliyev Zaur Əli oğlu – Aparat rəhbərinin müavini
Telefon: | 377-10-70 (22-72) |
E-poçt: | zaur.aliyev@stat.gov.az |
1980-ci il mart ayının 1-də anadan olmuşdur. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr pilləsini
fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2014-cü illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş məsləhətçi, sektor müdiri,
şöbə müdirinin müavini vəzifələrində işləmiş, 2014-2018-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində sektor müdiri, şöbə müdirinin müavini,
baş direktorun müavini və rəis müavini vəzifələrində çalışmışdır. 2018-ci ilin may ayının 24-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbərinin müavini vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun baş müşaviridir. Evlidir, üç övladı var. |