AZ    EN
logo

"Azərbaycanın enerji balansı" statistika məcmuəsi nəşr olunmuşdur.

06.09.2011

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2011-ci ilin nəşrlərinin buraxılış təqviminə uyğun olaraq "Azərbaycanın Enerji Balansı" statistika məcmuəsi çapdan çıxmışdır.
Məcmuədə 2000-2010-cu illər əhatə olunmaqla milli enerji balansı, enerji məhsullarının əmtəə balansları və energetika statistikasına aid digər zəruri məlumatlar verilmişdir.
Məcmuə 6 bölmədən ibarətdir. 1-ci bölmədə energetika müəssisələrinin işinin əsas göstəriciləri, enerji tutumu və s., 2-ci bölmədə 2007-2010-cu illər üzrə enerji balansı və balansın sektorlar üzrə bölgüsü, 3-4-cü bölmələrdə illər üzrə müvafiq olaraq enerji məhsullarının balansları və enerji məhsullarının iqtisadi fəaliyyət növləri üzrə istehlakı, 5-ci bölmədə 2000-2006-cı illər üzrə enerji və əmtəə balansları, 6-cı bölmədə xam neftin, təbii qazın hasilatı, elektrik stansiyalarının gücü, iqtisadiyyatın ayrı-ayrı sahələrində fəaliyyət göstərən müəssisələr tərəfindən atmosferə atılan çirkləndirici maddələr haqqında və s. əlavə cədvəllər verilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim