Bakıda enerji statistikası üzrə beynəlxalq seminar keçiriləcəkdir.
Bakıda enerji statistikası üzrə beynəlxalq seminar keçiriləcəkdir. BMT-nin Statistika Şöbəsinin təşkilatçılığı ilə 27-30 sentyabr 2011-ci il tarixdə Dövlət Statistika Komitəsində enerji statistikası üzrə beynəlxalq regional seminar keçiriləcəkdir. Tədbirin keçirilməsində əsas məqsəd BMT-nin Statistika Komissiyasının 2011-ci il fevral ayında keçirilmiş 42-ci sessiyasında qəbul edilmiş "Enerji statistikasına dair beynəlxalq tövsiyələr"in təcrübədə tətbiqi və hazırlanmaqda olan "Enerji statistikasının aparılmasına dair vəsait"in müzakirə olunmasıdır. Bununla bərabər, seminarda enerji statstikası ilə bağlı konseptual çərçivə, hüquqi baza və institutisonal tədbirlər, təsnifatlar, məlumat mənbələri və onların toplanması, enerji balansının tərtibi, enerji hesabının qurulması, enerji göstəriciləri, məlumatların keyfiyyəti və metaməlumatlar, məlumatların yayılması və s. mövzular üzrə çıxışlar və ayrı-ayrı ölkələrin təcrübələri haqqında fikir mübadiləsi aparılacaqdır. Seminarda BMT, Beynəlxalq Enerji Agentliyi də daxil olmaqla beynəlxalq təşkilatlardan və xarici ölkələrdən 30-a yaxın nümayəndənin iştirakı və çıxışı gözlənilir. Tədbirdə ölkənin yerli qurumlarının, kütləvi informasiya vasitələrinin və digər maraqlı tərəflərin nümayəndələri iştirak edə bilərlər. Əlaqə üçün telefonlar: 538 90 70