AZ    EN
logo

Dövlət Statistika Komitəsinin nümayəndəsi Asiya və Sakit Okean ölkələri üzrə yaradılmış Sosial statistika üzrə ekspert qrupunun iclasında iştirak etmişdir.

04.10.2011

BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və
Sosial Komissiyasının təşkil etdiyi Sosial statistika üzrə
ekspert qrupunun görüşünün yekunları haqqında



BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Statistikaya dair Komitəsi tərəfindən sosial statistika üzrə regional səviyyədə ölkələrə kömək məqsədilə strateji istiqamətlərin müəyyənləşdirilməsinə, o cümlədən müvafiq metodoloji və əsas tövsiyələrin hazırlanmasına dair təkliflərin Statistika üzrə Komitəyə təqdim edilməsi məqsədilə Sosial statistika üzrə mütəxəssislərdən ibarət ekspert qrupu yaradılmışdır.
Ekspert qrupuna Azərbaycan da daxil olmaqla 10 ölkənin, Avstraliya, Banqladeş, Butan, Hindistan, İndoneziya, İran, Monqolustan, Filippin, Sinqapur və 3 beynəlxalq təşkilatın, Asiya İnkişaf Bankı, Sakit okean ölkələri Birliyinin Katibliyi və UNESCAP-ın mütəxəssisləri daxil edilmişdir. Cari il sentyabr ayının 29-30-da Bankoq şəhərində BMT-nin Konfrans Mərkəzində ekspert qrupunun ilk iclası keçirilmişdir. İclasda ekspert qrupunun üzvü Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsi müdirinin müavini N.Xuduzadə iştirak etmişdir.
Tədbirin əsas məqsədi Asiya və Sakit okean ölkələri üzrə regional səviyyədə sosial statistikanın təkmilləşdirilməsinə dair milli və regional səviyyədə təcrübə və fikir mübadiləsinin aparılması, ekspert qrupunun əsas vəzifələrinin və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, eyni zamanda regional səviyyədə xüsusi məqsədlər, nəticələr, fəaliyyətlər və s. tədbirlərdən ibarət 2011-2012-ci illər üzrə illik iş planının müzakirəsi olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim