AZ    EN
logo

Dövlət Statistika Komitəsi nümayəndəsinin Gürcüstan Respublikasında kiçik fermerlərin himayə olunması ilə əlaqədar aparılan siyasət və proqrama dair keçirilmiş beynəlxalq konfransda iştirakı haqqında

09.04.2012

2012-ci il martın 21-22-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin baş məsləhətçisi Vüqar Vəliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Avropa Birliyinin Tbilisi şəhərində birgə təşkil etdiyi "Kiçik fermerlərin himayə olunması ilə əlaqədar aparılan siyasət və proqrama dair" beynəlxalq konfransda iştirak etmişdir.
Konfransın keçirilməsinin əsas məqsədi kənd təsərrüfatı kooperativləri və assosiasiyalarının yaradılması və inkişafı yolunda bir sıra Şərqi Avropa dövlətlərinin təcrübəsindən faydalanaraq Gürcüstan Respublikasında, eləcə də dəvət edilmiş iştirakçı dövlətlərdə kiçik fermerlərin himayə olunma siyasətinin daha da təkmilləşdirilməsindən ibarət olmuşdur.
Tədbirdə Avropada fermerlərin maraqlarını təmsil edən COPA/COGECA, Mersy Corps beynəlxalq təşkilatlarının və FAO-nun Gürcüstan üzrə nümayəndələri Gürcüstanda bu sahədə apardıqları araşdırmalar, görülmüş işlər barəsində öz fikirlərini bildirmişlər.
Macarıstan, Litva, Moldova və Serbiyadan dəvət edilmiş nümayəndələr öz ölkələrində bu sahədə aparılmış işlər barəsində geniş təqdimatla çıxış etmişlər.
Son illər Respublikamızda qeyri-neft sektorunun inkişafına, əsasən də kənd təsərrüfatına dövlət diqqətinin artması bu sahəni kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha maraqlı etmişdir.
Tədbirdə çıxış edən nümayəndəmiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına yardımın verilməsi, habelə mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, sahibkar fəaliyyəti ilə məşğul olanlara güzəştli kreditlərin verilməsi, eləcə də Azərbaycan Respublikasının Milli Məclisində hal-hazırda müzakirə olunan kredit, istehsal və satış kooperativləninin yaradılmasına dair hazırlanmış qanun layihəsi barəsində konfrans iştirakçılarına geniş məlumat vermişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim