AZ    EN
logo

Dövlət Statistika Komitəsi nümayəndəsinin Kopenhagen şəhərində təşkil edilmiş məlumatlarda boşluq, metaməlumatlar və "Reportnet" sisteminə dair seminarda istirakı haqqında

02.05.2012

Dövlət Statistika Komitəsinin nümayəndəsi Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi müdirinin müavini Ç.Əliyeva 18-19 aprel 2012-ci il tarixində Ətraf mühit üzrə Avropa Agentliyinin Danimarkanın Kopenhagen şəhərində təşkil etdiyi ENPİ-SEİS (Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti - Ekologiyaya dair İnformasiyanın Birgə Sistemi) layihəsi çərçivəsində İnformasiya Texnologiyaları üzrə Regional İşçi Qrupunun Avropa Qonşuluq və Tərəfdaşlıq Siyasətinin (ENP) məlumatlarda boşluq, metaməlumatlar və "Reportnet" haqqında Şərq regionu üçün iclasında iştirak etmişdir. Seminarda Cənubi Qafqaz, Belarus, Moldova, Rusiya Federasiyası, Ukrayna, İsveç və Danimarka dövlətlərinin statistika və ekologiya orqanlarının əməkdaşları, eləcə də Ətraf mühit üzrə Avropa Agentliyinin və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. İclasda ekologiyaya dair məlumatlar, metaməlumatlar və "Reportnet" sistemi haqqında geniş informasiya verilmişdir. Qeyd edilmişdir ki, ekologiyaya dair informasiya dövlətin siyasətinə səmərəli təsir etməklə vətəndaşlara yardım edilməsi və ətraf mühit sahəsində əsaslı qərarlar qəbul edilməsi üçün lazımdır. ENPİ-SEİS layihəsi çərçivəsində tərəfdaş ölkələr başlanğıc mərhələdə öz güclərini cəmləməklə ətraf mühit sahəsi üçün üç göstərici əsasında informasiya mübadiləsi aparılmasını qərara almışlar. Bunlar içməli su, onun keyfiyyəti və miqdarı; bələdiyyə və məişət tullantıları; atmosfer havasının çirklənməsi və istilik effekti yaradan qazlar, havanın keyfiyyəti göstəriciləridir. Bundan başqa, informasiyanın yığımı, emalı və yayılması haqqında tərəfdaş ölkələrin milli təşkilatları ilə dəyirmi masa arxasında fikir mübadiləsi aparılmış, nümayəndəniz fikir mübadiləsi çərçivəsində çıxış edərək, Komitənin informasiya texnologiyalarının tətbiqi üzrə əldə etdiyi nailiyyətlər barədə geniş məlumat vermişdir.
İnformasiya texnologiyaları üzrə işçi qrupun məqsədi milli koordinatorlar tərəfindən işlənib hazırlanan göstəricilərin əsas toplusu üçün texniki və institusional baxımdan məlumatların əldə edilmə mümkünlüyünü müəyyən etmək və Ekoloji İnformasiyanın Birgə Sisteminə doğru addımlar atmaqdır. İnformasiya texnologiyaları üzrə işçi qrupu, Ekologiyaya dair İnformasiyanın Birgə Sistemi prinsiplərinə uyğun olaraq, müntəzəm məlumat axınları üçün davamlı ümumi struktur, format və texniki həllər üzrə razılıq əldə etmək məqsədilə statistika və ətraf mühit təşkilatlarının İnformasiya texnolgiyaları və milli məlumat bazalarının dərin biliyə malik ekspertlərini bir araya toplamaqdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim