AZ    EN
logo

Dövlət Statistika Komitəsində "2011-ci ilin yekunları üzrə ölkədə əmək bazarının vəziyyəti" mövzusu üzrə keçirilmiş seminar haqqında

24.05.2012

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin "2012-ci il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı"na uyğun olaraq, Aparatın Əmək statistikası şöbəsi tərəfindən "2011-ci ilin yekunları üzrə ölkədə əmək bazarının vəziyyəti" mövzusunda cari il may ayının 23-də, saat 11.00-da Dövlət Statistika Komitəsinin inzibati binasında seminar keçirilmişdir. Seminarda rəsmi statistik məlumatların istifadəçilərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadi İnkişaf, Təhsil nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin mütəxəssisləri, eyni zamanda, KİV-in (Yurd TV, İNTER.TV, APA, Turan və Trend İnformasiya Agentlikləri) nümayəndələri iştirak etmişlər.
Seminarda Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadə Dövlət Statistika Komitəsi tərəfindən rəsmi statistik məlumatların istifadəçiləri ilə müxtəlif sahələr üzrə bu cür seminarların mütəmadi olaraq təşkil edilməsi haqqında məlumat vermiş və 2011-ci ilin yekunları üzrə ölkədə əmək bazarının vəziyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir. Çıxışdan sonra müzakirələr aparılmış və iştirakçıların bütün sualları Nemət Xuduzadə tərəfindən cavablandırılmışdır. Eyni zamanda, seminar iştirakçıları əmək bazarının əsas göstəricilərindən ibarət tərtib olunmuş materiallarla təmin olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim