"İnsan hüquqları aylığı" mövzusunda keçirilmiş tədbir haqqında
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilindən daxil olan məktuba uyğun olaraq, 2012-ci il may ayının 29-da Dövlət Statistika Komitəsində Aparatın əməkdaşlarının iştirakı ilə "İnsan hüquqları aylığı" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə bildirilmişdir ki, Azərbaycanda ölkə Prezidentinin Fərmanı ilə 2007-ci ildən hər il iyunun 18-i "İnsan hüquqları günü" kimi qeyd edilir. Tədbirdə insan hüquqlarının təminatında Azərbaycan tərəfindən mühüm addımların atılması, daxili sferada və beynəlxalq aləmdə aparılan uğurlu fəaliyyət barədə ətraflı məlumat verilmişdir. Azərbaycanda insan hüquqlarının müdafiəsinin mexanizmləri, o cümlədən beynəlxalq sahədə əməkdaşlıq konsepsiyalarının formalaşdırılmasının ölkədə vətəndaş cəmiyyətinə və insanların ictimai fəallığına xidmət etdiyi qeyd olunmuş, "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında", "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" ölkə başçısı tərəfindən imzalanmış sərəncam və fərmanların insan hüquqları sahəsində xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
Tədbirdə Aparatın Kadrlar, Qiymət statistikası və Statistika işlərinin əlaqələndirilməsi şöbələrinin əməkdaşları da insan hüquqları mövzusunda çıxış etmişlər. Tədbirin sonunda insan hüquqları mövzusu üzrə video-çarx (qısametrajlı film) nümayiş etdirilmişdir.