AZ    EN
logo

Azərbaycanın illik statistik göstəriciləri çapdan çıxmışdır

03.09.2012

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin illik statistik məcmuəsi nəşr edilmişdir: Bu məcmuə olkənin iqtisadi və sosial həyatında baş verən prosesləri əks etdirən daha dolğun illik nəşrdir.
Məcmuədə 2000-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında statistik məlumatlar və 2000, 2005 və 2010-cu illərlə müqayisələr verilir. Məcmuədə mülkiyyət münasibətlərinin və təsərrüfatçılıq formalarının inkişafı, maliyyə vəziyyəti və bələdiyyə, sığorta, tədiyə balansı, sosial və mənzil fondunun özəlləşdirilməsi haqqında məlumatlar, Azərbaycan Respublikasının şəhər və rayonları üzrə əsas sosial-iqtisadi göstəricilər, MDB ölkələri üzrə və beynəlxalq müqayisələr verilmişdir.
İllik statistik məcmuə geniş oxucu kütləsi, statistiklər, iqtisadçılar və idarəetmə orqanları isçiləri üçün nəzərdə tutulmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim