AZ    EN
logo

Dövlət Statistika Komitəsi nümayəndələrinin Ombudsman Aparatında “Açıq Hökumətin təşviqi – demokratik idarəetmədə yeni mərhələ” mövzusunda keçirilmiş dəyirmi masada iştirakı haqqında

28.09.2012

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin köməkçisi Elnur Əlili və Məlumatların yayılması şöbəsi müdirinin müavini Sevda Süleymanova 27 sentyabr 2012-ci il tarixində Ombudsman Aparatında "Açıq Hökumətin təşviqi - demokratik idarəetmədə yeni mərhələ" mövzusunda keçirilmiş dəyirmi masada iştirak etmişlər.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilmiş, institusional mexanizmləri təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması sahəsində dövlət orqanları üzərinə mühüm vəzifələr qoyulmuşdur.
Tədbirin məqsədi adı çəkilən milli Fəaliyyət Planının tələblərindən irəli gələn vəzifələrin və əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarət olmuşdur. Tədbirdə Ombudsman Elmira Süleymanova, PA-nın sektor müdiri Vüqar Əliyev, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri çıxış etmiş, mövzu ətrafında geniş müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim