AZ    EN
logo

Dövlət Statistika Komitəsində “Azərbaycanda ticarət statistikasının təşkili” mövzusu üzrə keçirilmiş seminar haqqında

02.10.2012

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28 dekabr 2011-ci il tarixli, 38/7 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş "2012-ci il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı"na uyğun olaraq, Aparatın Ticarət statistikası şöbəsi tərəfindən "Azərbaycanda ticarət statistikasının təşkili" mövzusunda cari ilin sentyabr ayının 28-də Dövlət Statistika Komitəsinin inzibati binasında seminar keçirilmişdir.
Seminarda rəsmi statistika məlumatlarının istifadəçilərindən Azərbaycan Respublikasının İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun, Dövlət İqtisad Universitetinin və Mərkəzi Bankın mütəxəssisləri, həmçinin KİV-in (Turan Agentliyi, "İqtisadiyyat" qəzeti) nümayəndələri iştirak etmişlər.
Seminarda Ticarət statistikası şöbəsi müdirinin müavini Aida İbrahimova və Xarici ticarət statistikası sektorunun müdiri Xuraman Nurullayeva tərəfindən istifadəçilərə Ticarət statistikasının 2007-2011-ci illər, 2012-ci ilin səkkiz ayı üzrə əsas göstəricilərinin təhlilinə və Xarici ticarət üzrə güzgü statistikasına dair geniş məlumat verilmişdir. İştirakçıların sualları əsasında ticarət statistikası üzrə yayımlanan statistik göstəricilərin hesablanması metodologiyasına dair ətraflı izahlar verilmiş, statistik məlumatlara dair irad və təkliflər dinlənilmişdir. Ticarət statistikası üzrə mövcud təlimatlar, beynəlxalq səviyyədə müqayisəliyin təmin edilməsi məqsədi ilə tətbiq edilən beynəlxalq metodologiyalar, təsnifatlar, SPSS, Demetra+, JAVA proqramlarına dair geniş müzakirələr aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim