Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev BVF-nun Azərbaycan üzrə missiyasının rəhbərini qəbul etmişdir
14 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Raca Əl Marzuqi və onu müşayiət edən nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycanda qeyri-neft sektorunda inkişaf templəri, ÜDM-də onun xüsusi çəkisi, inkişaf dinamikası, eləcə də, inflyasiya səviyyəsi və MHS-nin tərkibi, onun strukturunda gözlənilən dəyişikliklər və qarşıya çıxan problemlərin həllində BVF ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunulmuşdur. Dövlət Statistika Komitəsinin sədri, cənab A.Vəliyev BVF ilə əməkdaşlıqdan məmnunluğunu və bu görüşün əlaqələrimizin daha sıx inkişafı üçün mühüm rol oynayacağını bildirmişdir. BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri cənab Raja Almarzoqi keçirilən görüşün Dövlət Statistika Komitəsi ilə BVF arasında əməkdaşlığın daha sürətli inkişafına xidmət edəcəyinə ümid etdiyini demişdir.