AZ    EN
logo

2012-ci ildə Dövlət Statistika Komitəsində etik davranış qaydalarının pozulması hallarına görə tətbiq edilmiş intizam tənbehi tədbirləri

14.01.2013

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçularının etik davranış qaydalarına daim nəzarət edilərək, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər həyata keçirilmişdir. Bununla əlaqədar Dövlət Statistika Komitəsinin əmr, sərəncam və tapşırıqlarını yerinə yetirməyən dövlət qulluqçularına qarşı intizam tənbehi tətbiq edilmişdir. Belə ki, Dövlət Statistika Komitəsinin 27 yanvar 2012-ci il tarixli kollegiyasının iclasında üzrlü səbəb olmadan iştirak etmədiyinə görə Daşkəsən Rayon Statistika İdarəsinin rəisinə Kollegiyanın eyni tarixli qərarı ilə töhmət elan edilmiş, “Yerli statistika orqanlarında əmək intizamının möhkəmləndirilməsi və daxili intizam qaydalarına əməl olunması barədə” əmrin tələblərini pozduğuna görə Tərtər Rayon Statistika İdarəsinin rəisinə Komitənin 7 mart 2012-ci il tarixli 31/k nömrəli əmri ilə töhmət elan edilmişdir.
Hesabat və icraçılıq intizamında yol verdikləri nöqsanlara və icraçılıq intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiklərinə görə Dövlət Statistika Komitəsi kollegiyasının 2012-ci il 25 aprel tarixli 10/1 nömrəli qərarı ilə Nəsimi Rayon Statistika Şöbəsinin rəisinə, Komitənin 14 iyun 2012-ci il tarixli 91/k nömrəli əmri ilə İmişli Rayon Statistika İdarəsinin rəisinə, 27 iyun 2012-ci il tarixli 107/t nömrəli əmri ilə Sabirabad Rayon Statistika İdarəsinin rəisinə və rəis müavininə töhmət elan edilmişdir.
Staj və sınaq müddəti ərzində vəzifə bölgüsünə əsasən həvalə olunmuş tapşırıqların yerinə yetirilməsində müntəzəm olaraq səhvlərə yol verdiyi və bununla əlaqədar verilmiş xəbərdarlıq və tapşırıqlara baxmayaraq işində müsbət dönüş yaratmadığına və rəhbərliyin verdiyi əmr, sərəncam və göstərişləri yerinə yetirmədiyinə görə Komitənin 14 noyabr 2012-ci il tarixli 199/k nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən Mingəçevir Şəhər Statistika İdarəsinin 1 nəfər aparıcı məsləhətçisinin dövlət qulluğuna xitam verilmişdir.
“Sənaye məhsullarının statistik təsnifatı”nın tətbiqi ilə əlaqədar bir sıra sənaye məhsullarının ölçü vahidlərində baş vermiş dəyişikliklərə nəzarət etmədiyinə görə Aparatın Qiymət statistikası şöbəsinin müdirinə Komitənin 14 iyun 2012-ci il tarixli 91/k nömrəli əmri ilə töhmət elan edilmişdir.
Aparatın Sənaye və tikinti statistikası şöbəsinin 5 nəfər mütəxəssisinə “Azərbaycanın regionları - 2012” məcmuəsinin sənaye bölməsində səhvlərə yol verdiklərinə görə Komitənin 14 noyabr 2012-ci il tarixli 201/k nömrəli əmri ilə töhmət elan edilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim