AZ    EN
logo

Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir

20.06.2013

20 iyunda Dövlət Statistika Komitəsində Dünya Bankının Azərbaycan üzrə Proqramatik Yoxsulluğun Qiymətləndirilməsi və Proqramatik Gender Qiymətləndirilməsi üzrə missiyanın nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə Dünya Bankı və Dövlət Statistika Komitəsi arasında əməkdaşlıq, məlumat mübadiləsinin genişləndirilməsi, ev təsərrüfatının tədqiqatı, gender statistikası və müxtəlif istiqamətlərdə məsələlər müzakirə olunmuşdur.
Dövlət Statistika Komitəsinin sədri, Arif Vəliyev Dünya Bankının Azərbaycan üzrə Proqramatik Yoxsulluğun Qiymətləndirilməsi və Proqramatik Gender Qiymətləndirilməsi üzrə missiyanın nümayəndələrindən ibarət qrupu salamlayaraq, onları gördüyünə şad olduğunu, Dünya Bankı ilə əməkdaşlıqdan məmnunluğunu bildirmişdir. Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko, yoxsulluğun qiymətləndirilməsi və gender statistikası üzrə Dünya Bankının layihə qrup rəhbəri xanım Nista Sinha bu qəbuldan məmnun olduqlarını, keçirilən görüşün Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlığın daha sürətli inkişafına xidmət edəcəyinə ümid etdiklərini bildirmişlər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim