AZ    EN
logo

Dövlət Statistika Komitəsinin nümayəndəsi USAID-nin dəstəklədiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində keçirilmiş dəyirmi masada iştirak etmişdir

24.07.2013

2013-cü il 24 iyul tarixində Park Inn mehmanxanasında USAID-nin dəstəklədiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkilatçılığı və bir sıra yerli və xarici iqtisadçı ekspertlərin, müəssisələrin və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbirdə Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsi müdirinin müavini Əlili Elnur iştirak etmişdir. Dəyirmi Masa Azərbaycan Respublikası ərazisində 1000 kiçik sahibkarlıq subyekti arasında keçirilmiş üzbəüz sorğunun nəticələrinin təqdimatına həsr edilmişdir. Təqdimat mərasimindən sonra tədbir diskusiya şəklində davam etdirilmiş və tədbirdə iştirak edən qonaqlar Azərbaycanda kiçik sahibkarlıq subyektlərinin qarşılaşdığı əsas problemlər, onların həlli yolları və mövcud qanunvericilik bazasına dair fikir və rəylərini bildirmişlər.
Sorğu məlumatlarının dərindən təhlili tam yekunlaşdırıldıqdan sonra, nəticələrinin www.edf.az rəsmi internet səhifəsində yerləşdirilməsi nəzərdə tutulmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim