AZ    EN
logo

Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadənin Keyfiyyətli məşğulluq üzrə ekspert qrupunun ikinci görüşündə iştirakı haqqında

19.09.2013

Keyfiyyətli məşğulluğun konseptual strukturunun, 58-ci plenar sessiyanın tələblərinə uyğun olaraq göstəricilər sisteminin, eyni zamanda müvafiq metodoloji sənədlərin təhlil edilməsi və yenidən işlənməsi məqsədilə 13 ölkənin milli statistika idarələrinin və 5 beynəlxalq təşkilatın mütəxəssislərindən ibarət yaradılmış Keyfiyyətli məşğulluq üzrə ekspert qrupunun Avropa İqtisadi Komissiyası, Avrostat və Beynəlxalq Əmək Təşkilatı tərəfindən birgə təşkil etdiyi ikinci görüşü 2013-cü il sentyabrın 11-13-də Cenevrə şəhərində keçirilmişdir. Ekspert qrupunun üzvü kimi Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadə ikinci iclasda iştirak etmişdir.
Görüşün əsas məqsədi ekspert qrupunun iş planına uyğun olaraq, keyfiyyətli məşğulluğun ölçülməsinə dair statistik strukturun, keyfiyyətli məşğulluğun ölçülməsi üçün nəzərdə tutulan 7 əsas elementdən 4-nün (1-4-cü elementlərin) və onların 51 göstəricidən ibarət göstəricilər sisteminin layihələrinin, eyni zamanda bu göstəricilərin metodoloji izahlarının (hesablanma qaydaları, əhatəliliyi, məlumat mənbələrinin müəyyənləşdirilməsi və s.) müzakirə edilməsi və razılaşdırılması, eyni zamanda gələcəkdə həyata keçiriləcək tədbirlərdən ibarət olmuşdur.
2012-ci ilin dekabr ayından başlayaraq göstərilmiş məsələlərlə bağlı ekspert qrupuna üzv olan ölkələrin nümayəndələri tərəfindən görülmüş bütün işlər iş planına uyğun olaraq elektron poçt vasitəsilə məsləhətləşmələr əsasında aparılmışdır.
Hər bir göstəricinin hesablanma qaydaları, əhatəliliyi, məlumat mənbələri, metodoloji izahları, milli qanunvericilikdən və beynəlxalq tövsiyələrdən irəli gələn tələblər, digər göstəricilərlə əlaqələri, beynəlxalq müqayisəliliyi ilə bağlı tədbir iştirakçıları müəyyənləşdirilmiş qaydada təqdimatlarla çıxış etmişdir. Bərabər məşğulluq və onun təhlükəsizliyi elementinin “İşdə təhlükəsizlik” alt elementinə daxil edilmiş bütün göstəricilər haqqında yuxarıda göstərilən məlumatlar Azərbaycan, Hollandiya və AİK-nın mütəxəssisləri tərəfindən hazırlanmış və təqdim edilmişdir.
Görüşün sonunda 1-4-cü elementlər çərçivəsində beynəlxalq müqayisəliliyi təmin edə biləcək keyfiyyətli məşğulluğu səciyyələndirən göstəricilərdən ibarət layihəyə verilmiş təkliflər nəzərə alınmaqla yekun sənədin cari ilin sonunadək hazırlanması və qrupun üzvlərinə göndərilməsi, eyni zamanda hazırlanmış keyfiyyətli məşğulluğun ölçülməsinə dair statistik strukturun layihəsinin müzakirə edilməsi üçün 2013-cü il oktyabrın 2-dən 11-dək keçiriləcək Əmək Statistiklərinin 19-cu Beynəlxalq Konfransına təqdim edilməsi qərara alındı.
Bununla yanaşı, ekspert qrupunun iş planına uyğun olaraq, keyfiyyətli məşğulluğun 5-7-ci elementləri çərçivəsində 2014-cü ilin sonunadək nəzərdə tutulan bütün tədbirlərin müəyyənləşdirilmiş vaxtda həyata keçirilməsi razılaşdırıldı.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim