AZ    EN
logo

Dünya Bankının Bakı Ofisində təqdimat seminarı keçirilmişdir

01.10.2013

2013-cü il 30 sentyabr tarixində Dünya Bankının Bakı Ofisində “Azərbaycanda kiçik və orta müəssisələrin maliyyəyə çıxışı və sahibkarlıq üzrə Tədqiqat”a dair təqdimat seminarı keçirilmişdir. Tədbirdə Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsinin müdir müavini Elnur Əlili iştirak etmişdir. Seminarda Dünya Bankının ekspertləri “Azərbaycanda sahibkarlıq mühiti”, “Maliyyəyə çıxış – məcburi məhdudiyyətlərin zəiflədilməsi üçün tədbirlər” və“Maliyyəyə çıxış imkanlarının təkmilləşdirilməsinə dair dövlət dəstəyi proqramlarında beynəlxalq təcrübə” kimi mövzularda təqdimatlarla çıxış etmişlər.
Ekspertlər öz təqdimatlarında Azərbaycanda sahibkarlıq mühiti, iqtisadi qanunvericilkdə olan çatışmazlıqlar, sahibkarlar tərəfindən əlavə investisiyaların cəlb edilməsində onların qarşılaşdıqları problemlər, bank sferasında və kreditləşmə sahəsində olan çətinliklər barəsində tədqiqatın nəticələri ilə tədbir iştirakçılarını məlumatlandırmışlar. Eləcə də, bu sahədə Dünya Bankının əməkdaşlıq etdiyi Türkiyə, Xorvatiya, İsrail, Çin kimi bir sıra xarici dövlətlərdə aparılmış islahatlar nümunə göstərilərək, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına mane olan səbəblərin aradan qaldırılması yollarından danışılmışdır.
Tədbir sonda diskussiya şəklində davam etdirilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim