AZ    EN
logo

Dövlət Statistika Komitəsinin nümayəndələri Vyana Beynəlxalq Mərkəzində keçirilmiş təşkilati seminarda iştirak etmişlər

14.01.2014

Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və Sənaye və tikinti statistikası şöbəsinin müdiri Hacıbala Dadaşov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənayenin İnkişafı Təşkilatının (UNİDO) layihəsi çərçivəsində 16-17 dekabr 2013-cu il tarixdə Avstriyanın Vyana şəhərində Vyana Beynəlxalq Mərkəzində keçirilmiş təşkilati seminarda iştirak etmişlər. Seminar Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində sənaye statistikasının təkmilləşdirilməsi və sənayenin inkişafının təhlili üçün statistik göstəricilərin işlənilməsi mövzusuna həsr olunmuşdur. Seminarın təşkil olunmasında başlıca məqsəd MDB-yə daxil olan ölkələrdə sənaye statistikası sahəsində əsas statistik göstəricilərin uçotu, hesablanması, yekun nəticələrin əldə edilməsi və nəşrində mövcud olan müxtəliflik və fərqlərin araşdırılması və bu məsələlərin mümkün həlli yollarının birgə müzakirəsi olmuşdur.
Seminar MDB Statistika Komitəsinin, Rusiya Federasiyasının, Ukraynanın, Belarusun, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Qırğızıstanın, Moldovanın, Ermənistanın, Azərbaycanın və UNİDO-nun rəhbər işçiləri və nümayəndələrinin və xüsusi dəvət olunmuş ekspertlərin iştirakı ilə keçirilmişdir.
Tədbirdə sənaye siyasətinin hazırlanmasında və region ölkələrinin sənaye sahəsində əldə etdikləri dayanıqlı inkişafın təhlil edilməsi sahəsində statistikanın önəmli rol oynadığı, regionda sənaye statistikasının harmonik inkişaf etməsinin mühüm əhəmiyyət daşıdığı, MDB ölkələrində sənaye statistikasının bu günkü vəziyyəti, ölkələrin iqtisadiyyatının təhlili üçün bu gün sənaye statistikasının hansı göstəricilərinin tələb olunduğunu və bu məlumatların dövlət siyasəti üçün nə qədər önəmli məsələ olduğu və bu layihənin regionun bütün ölkələri üçün əhəmiyyətli olacağı qeyd edilmişdir.
Dünyada baş verən proseslərə uyğun olaraq sənaye statistikası sahəsində düzgün dövlət siyasətinin yürüdülməsi üçün göstəricilərə olan təlabatda da dəyişikliklər baş vermiş, bu gün sənaye sahəsində dolğun təhlilin aparılması üçün əməyin ödənilməsinə çəkilən xərclər, əmək məhsuldarlığı, işlənilmiş adam saatlar, məşğulluq və əmək göstəriciləri üzrə gender bərabərliyinin pozulması, material və enerji xərcləri, resurslardan səmərəli istifadə, materialtutumu, əməktutumu kimi göstəricilərə daha çox ehtiyac yarandığı vurğulanmışdır Tədbir regional layihə kimi nəzərdə tutulmuş və onun təşkil edilməsində UNİDO-nun əsas məqsəd sənaye statistikası sahəsində region ölkələrinə köməklik göstərilməsidir. Layihənin 3 il ərzində davam edəcəyi nəzərdə tutulmuşdur.
İki gün davam edən tədbir sənaye statistikasına dair müxtəlif mövzuları əhatə edən beş sessiyadan ibarət olmuşdur. Tədbirin gedişində “MDB ölkələrində sahə təsnifatları və biznes-reyestrləri”, “MDB ölkələrində sənaye statistikası üzrə beynəlxalq tövsiyələrin tətbiqi: problemlər və onların həlli yolları”, MDB ölkələrində sənaye statistikasının təkmilləşdirilməsi və sənayenin inkişafının təhlili üçün statistik göstəricilərin işlənilməsinə dair”, “MDB ölkələrində sənaye istehsal indeksinin hesablanması üzrə beynəlxalq tövsiyələrin tətbiqi: problemlər və onların həlli yolları” mövzularında çıxışlar olmuşdur.
Tədbirdə iştirak edən MDB ölkələrinin nümayəndələrinin sənaye statistikasına dair hesabat xarakterli çıxışları olmuş, nümayəndəmiz “Azərbaycanda rəsmi sənaye statistikası sistemi” adlı mövzuyla çıxış etmişdir.
Seminarın hər bir sessiyanın sonunda seminarın iştirakçıları arasında aparılan fikir mübadilələrinin gedişində Birlik ölkələrində sənaye statistikası ilə bağlı göstəricilərin formalaşmasında ciddi fərqlərin mövcud olduğu üzə çıxmışdır. Buna görə seminarın layihəyə bir növ giriş olduğu qeyd edilmiş və seminarın gedişində Birlik ölkələrində ortaya çıxmış problemlər, uyğunsuzluqlarla bağlı təkliflər qeyd olunmuş və layihənin gələcək seminarlarının mövzularının bu təkliflər əsasında müəyyənləşdiriləcəyi vurğulanmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim