AZ    EN
logo

Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

26.02.2014

Fevralın 25-də Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Görüşdə Dünya Bankının yüksək vəzifəli şəxsi - Yoxsulluğun Azaldılması və Makroiqtisadiyyat üzrə Sektor meneceri xanım Karolina Sançez, PREM üzrə Ölkə Sektor Əlaqələndiricisi və aparıcı iqtisadçı xanım Raşmi Şankar, baş iqtisadçı xanım Nista Sinha iştirak ediblər. Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov Dünya Bankı ilə əməkdaşlıqdan məmnunluğunu bildirmişdir.
Görüşün əsas məqsədi həyata keçirilən Proqrammatik Yoxsulluğun Qiymətləndirilməsi ilə bağlı Texniki yardım çərçivəsində əməkdaşlıq sahələrinin, yoxsulluq, bərabərlik, iş yerləri və iqtisadi artım ilə bağlı Azərbaycan üzrə planlaşdırılan diaqnostikanın müzakirəsi olmuşdur.
Daha sonra Komitə sədrinin müavini Rauf Səlimov müxtəlif beynəlxalq təşkilatların məlumat bazalarında milli məlumatların təhrif olunması, çoxsaylı uyğunsuzluqlara yol verilməsi barədə danışmışdır. O bildirmişdir ki, bir sıra hallarda milli statistika orqanının rəhbəri tərəfindən təsdiq edilərək beynəlxalq təşkilatlara göndərilmiş ölkə məlumatları redaktə olunur, qiymətləndirmələr aparılır, məlumatlar ölkənin razılığı olmadan müxtəlif dəyişikliklərə məruz qalır. Görüşdə problemin həll olunması üçün müvafiq işçi qrupunun yaradılması ilə bağlı təkliflər irəli sürülmüş və bu sahədə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Sonda Dünya Bankının nümayəndələri bu görüşdən razı qaldıqlarını, Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildirmişlər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim