AZ    EN
logo

Dövlət Statistika Komitəsində Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirilib

06.03.2014

Martın 6-da Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov Beynəlxalq Valyuta Fondunun ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Görüşdə BVF nümayəndə heyətinin rəhbəri cənab Raca Almarzogi, xanım Maria Albino-Uor və cənab Brays Kvilin iştirak ediblər. Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və BVF nümayəndələrinin əvvəlki səfərlərindən sonrakı müddət ərzində Komitədə görülmüş işlər barədə məlumat verib.
BVF Azərbaycan üzrə missiyası ilə görüşdə 2013-cü ildə və 2014-cü ilin əvvəlində iqtisadiyyatda artım və inflyasiyanın səviyyəsi, rüblük ÜDM-nin hesablanması üzrə Beynəlxalq Valyuta Fondunun texniki yardım missiyası çərçivəsində görülmüş işlər, ehtiyat-istifadə, xərclər və buraxılış cədvəllərinin hazırlanması üzrə son yeniliklər və s. məsələlər müzakirə edilib.
Görüşdə, həmçinin, missiya üzvlərinin sualları cavablandırılıb, gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sonda BVF nümayəndə heyətinin rəhbəri cənab Raca Almarzogi bu görüşdən razı qaldığını və təmsil etdiyi qurumun hər zaman texniki yardım göstərməyə hazır olduğunu bildirib.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim