AZ    EN
logo

2005-ci il 11-15 iyul tarixlərində Qazaxıstanın Almatı şəhərində BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (ƏKTT-FAO), Avrostat ilə birgə keçirdiyi seminar müşavirə haqqında

27.07.2005

Cari il iyulun 11-15 tarixlərində Qazaxıstanın Almatı şəhərində BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (ƏKTT-FAO), Avrostat ilə birgə keçirdiyi seminar müşavirədə beynəlxalq təşkilatlarla yanaşı ABŞ-da daxil olmaqla Rusiya Federasiyası, Qazaxıstan və Orta Asiya respublikaları(Türkmənistandan başqa), Ukrayna, Belarus, Moldova, və Cənubi Qafqaz respublikalarının milli statistika xidməti orqanları və kənd təsərrüfatı nazirliklərinin nümayəndələri iştirak etmişlər. Seminarda Azərbaycan Respublikasını Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı statistikasının kənd təsərrüfatı siyahıyaalması şöbəsinin müdirinin müavini M. Heydərov və Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Saday Quliyev təmsil etmişlər. Seminarda kənd təsərrüfatında müayinələr və məhsulun proqnozlaşdırılması, ərzaq balanslarının tərtibi, statistika sistemində inteqrasiyaya yanaşma tərzi, kənd təsərrüfatı siyahıyaalmasını aparmış ölkələrin təcrübəsi və ƏKTT statistikasının inteqrasiyanın dolğun və keyfiyyətli nəqlinə dair yeni hazırladığı "CountrySTAT" proqramına dair məsələlər də müzakirə edilmişdir. Seminarın proqramına uyğun olaraq Dövlət Statistika Komitəsinin nümayəndəsi "Azərbaycan Respublikasında 2005-ci il kənd təsərrüfatı siyahıyaalması", "Azərbaycanın kənd təsərrüfatı statistikası sistemi", "Azərbaycanda bitkiçilik və heyvandarlıq statistikasına aid məlumatların toplanmsı və yayılması metodları", Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi isə "Kənd təsərrüfatı məhsullarının proqnozlaşdırılması"na dair məruzə ilə çıxış etmişlər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim