Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə tətbiq edilən sanksiya haqqında
E L A N
E L A N
Ölkə ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin nəzərinə çatdırılır ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 iyun 2014-cü il tarixli, 987-IVQD nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə tətbiq edilən sanksiyanın məbləği üç yüz manatdan yeddi yüz manatadək miqdarında müəyyənləşdirilmişdir.
Bununla əlaqədar olaraq, Dövlət Statistika Komitəsi bütün hüquqi və fiziki şəxsləri statistika orqanları ilə daha fəal əməkdaşlığa, statistika müşahidələrinin keçirilməsi üçün zəruri olan məlumatların vaxtında təqdim olunmasına və hesabatlarda təhriflərə yol verilməməsinə çağırır.