AZ    EN
logo
image

“Azərbaycanda uşaqlar” statistik məcmuəsi nəşr olunmuşdur

01.08.2014

“Azərbaycanda uşaqlar” adlı illik statistik məcmuə ölkədə uşaqların sayının dəyişilməsini, eləсə də 2013-сü ildə sosial-demoqrafik prosesləri ötən illərlə müqayisəli şəkildə xarakterizə edən əsas göstəriсiləri özündə əks etdirir.
Statistik məcmuəyə demoqrafik göstəricilər, təhsil, əhalinin yaşayış şəraiti, müalicəvi-profilaktik xidmətlər, sosial təminat, xəstəliklər və ölüm, cinayətkarlıq, iqtisadi və inzibati şəhər və rayonlar adlı bölmələrdən ibarət olmaqla, müvafiq olaraq 1990, 1995-2013-cü illərdə yaş qrupları, yaşayış yerləri, həmçinin cins və yaşlar üzrə uşaqların sayı, şəhər, kənd yerləri və cins bölgüsündə doğulan və ölənlərin sayı və əmsalları, əhalinin təkrar istehsalı göstəriciləri, müvafiq yaşlarda uşaqlar üçün gözlənilən ömür uzunluğu, 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı və digər göstəricilər daxil edilmişdir.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Əhali" bölməsindəki "Azərbaycanda uşaqlar" başlığından, nəşr versiyasını isə "Azərbaycanda uşaqlar, 2014" (93.1 MB) linki vasitəsilə əldə etmək olar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim