AZ    EN
logo
image

“Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” statistik məcmuəsi nəşr olunmuşdur

20.08.2014

Statistik məcmuədə Azərbaycan Respublikasında səhiyyə, sosial təminat və mənzil şəraitinin vəziyyətini əks etdirən əsas göstəricilər, həmçinin əhalinin sayı, doğum, ölüm və təbii artım haqqında məlumatlar verilmişdir.
Məcmuədə müalicə-profilaktika müəssisələrinin şəbəkəsi, əhalinin xəstəlik sinifləri üzrə xəstələnməsi və ayrı-ayrı xəstəliklərin lokalizasiyalar üzrə bölgüsü, sanatoriyalar, pansionatlar və istirahət evləri, doğuş, abort, bədən tərbiyəsi və idmanın inkişafı, pensiya təminatı, sosial müavinətlər, təqaüdlər, aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı, ümumi və ilkin əlillik, qocalar və əlillər üçün internat evlərinin fəaliyyəti, istehsalatda zədələnmə, ölkə üzrə mənzil fondunun ümumi və yaşayış sahəsi, özəlləşdirilmiş mənzillərin sayı, mənzil fondunun abadlığı, mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı haqqında məlumatlar əks etdirilmişdir.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Səhiyyə, sosial təminat, idman" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti, 2014 " (1.44 MB) linki vasitəsilə əldə etmək olar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim