AZ    EN
logo

Polşa Respublikasının Varşava şəhərində “Rəsmi statistikanın istehsalında inzibati registrlərdən istifadə olunması”na dair treninq kursu təşkil olunmuşdur

29.10.2014

Dövlət Statistika Komitəsinin nümayəndələri Statistika işlərinin əlaqələndirilməsi şöbəsi müdirinin müavini T.Əcəlov və həmin şöbənin aparıcı məsləhətçisi T.Məmmədova cari ilin 14-17 oktyabr tarixlərində Avropa Azad Ticarət Assosiasiyası və Norveç Statistika İdarəsi tərəfindən, Polşa Respublikasının Varşava şəhərində “Rəsmi statistikanın istehsalında inzibati registrlərdən istifadə olunması”na dair təşkil edilmiş treninq kursunda iştirak etmişlər. Kursun təşkil olunmasında əsas məqsəd inzibati registrlər əsasında statistik məlumatların əldə olunması və inzibati registrlər sahəsində ən yaxşı təcrübələrin bölüşməsi olmuşdur. Kursda Azərbaycan, Belarus, Moldova, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Polşa, Ermənistan və Monqolustandan ümumilikdə 21 nəfər mütəxəssis iştirak edirdi.
Kursun gündəliyinə əsasən “Nəyə görə registr əsaslı statistika?”, “Əsas anlayışlar”, “Fərdi məlumatlar əsasında statistikanın və registrlərin hazırlanması”, “Əsas tələblər”, “Əsas registrlər və statistik məcmular”, “Statistik məcmulardakı məlumatların birləşdirilməsi”, “Skandinaviya ölkələrində əhalinin siyahıyaalınması”, “Məlumat mənbələrinin və metaməlumatların giper-ölçülməsi”, “Keyfiyyət sistemindən istifadə olunması” kimi mövzular əhatə olunmuşdur.
Treninq kursun birinci günü mühazirəçilər statistik məlumatların hazırlanmasında inzibati registrlərdən istifadə - registr nədir?, aktuallaşma, inzibati registrlər, statistik registrlər, əsas registrlər, xüsusi registrlər, registr sisteminə tələbat, nəyə görə inzibati registrlər - rəsmi statistikada keyfiyyət, məlumatların toplanması metodu, xərclər, cavab yükü, nəticənin keyfiyyəti və statistik müşahidələrlə registr əsaslı statistikanın müqayisəsi ilə bağlı təqdimatlarla çıxış etmişlər.
Treninq kursun ikinci günü cənab Coen Hendriks, Harald Utne və Erik Şult tərəfindən əsas registrlər və statistik baş məcmular, Skandinaviya ölkələrində əhalinin siyahıyaalınması və sosial statistikaya dair təqdimatlarla çıxış etdilər.
Treninq kursun növbəti günləri Holland təcrübəsində registr və müayinə məlumatlarından birgə istifadəsi, məlumatların toplanması üsulları, müxtəlif məlumat mənbələri arasında razılığın əldə olunması, Holland statistikası haqqında ümumi məlumat, ölkədə mövcud olan registrlərin siyahısı, statistik məlumatlar sistemi və ona daxil olan dəyişənlər toplusu, məlumat mənbələrinin birləşdirilməsi, mikrointeqrasiya və onun məqsədləri, Holland virtual siyahıyaalınması, inzibati məlumatlar əsasında statistikanın təşkili Polşa təcrübəsi, inzibati registrlərdə keyfiyyət və məlumat mənbələrinin giper-ölçülməsinə dair təqdimatlarla çıxışlar oldu.
Təqdimatın sonunda inzibati registrlərlə işləyərək nələri bilmək vacib olduğunu və məlumatları müxtəlif inzibati registrlərdən birləşdirdikdən əvvəl hansı şərtlərin mövcud olması haqqında fikirlər söylənildi.
Treninq kursun sonunda ümumilikdə kursun təşkilatçılığı, tədris olunmuş mövzuların vacibliyi və gözlənilən nəticələrlə bağlı qiymətləndirmə keçirilmiş, iştirakçılara sertifikatlar verilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim