AZ    EN
logo
image

Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

03.11.2014

Cari ilin noyabr ayının 3-də Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Dünya Bankının Nəqliyyat və İKT üzrə Qlobal Təcrübəsinin Əməliyyatlar üzrə baş mütəxəssisi xanım Sandra Sargentin və Qlobal Təcrübənin məsləhətçisi xanım Yeganə Bağırova iştirak etmişlər. Dövlət Statistika Komitəsi sədrinin müavini cənab Yusif Yusifov qonaqları salamlamış və Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasındakı qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirdiyini bildirmişdir. Öz növbəsində, xanım Sandra Sargentin bu iki təşkilat arasında münasibətlərin uğurlu inkişafından məmnun olduğunu söyləmişdir.
Görüşün əsas məqsədi Azərbaycanda İT və İT ilə işləyən sənaye mühitinin, eləcə də İT bacarıqlarının qısa zamanda qiymətləndirilməsinin aparılmasının müzakirəsi olmuşdur. Xanım Sandra Sargentin bildirmişdir ki, qısa qiymətləndirmə Dünya Bankının McKinsey Şirkəti ilə birgə hazırladığı Məkan Hazırlığı İndeksi (LRI) meyarına əsaslancaqdır. Bu indekslər sorğulara verilən cavablar, müsahibələr nəticəsində əldə olunan informasiya və ictimaiyyətə açıq olan ikinci dərəcəli məlumatlar əsasında müəyyən ediləcəkdir.
Daha sonra xanım Yeganə Bağırova qeyd etmişdir ki, bu fəaliyyətin əsas nəticəsi hal-hazırda mövcud olan imkanların qısa qiymətləndirilməsindən ibarət olacaq ki, bu da İT/İT ES sənayesində mövcud olan imkan və əngəllərin müəyyənləşdirilməsi üçün əsas rol oynayacaqdır. Bildirilmişdir ki, qiymətləndirmə İT/İTES sənayesinin inkişafı üçün əlverişli mühitin qiymətləndirilməsi və peşə təhsili də daxil olmaqla bacarıqlar üzrə tələbat və təkliflərin nəzərdən keçirilməsini əhatə edəcəkdir.
Sədrin müavini cənab Yusif Yusifov xanım Sandra Sargentin missiya zamanı zəruri materiallarla tanış olması üçün heç bir məhdudiyyətin olmayacağını və ölkə qanunvericiliyinə uyğun olaraq, istənilən zaman məlumat mübadiləsi apara biləcəyini qeyd etmişdir.
Sonda Dünya Bankının nümayəndəsi xanım Sandra Sargentin səmimi qəbula görə minnətdarlığını, Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim