“Azərbaycanda kiçik sahibkarlıq” adlı illik statistik məcmuə nəşr olunmuşdur
“Azərbaycanda kiçik sahibkarlıq” adlı illik statistik məcmuə kiçik sahibkarlıq subyektlərinin fəaliyyətini, onların sahə və regionlar üzrə bölgüsünü əks etdirən, habelə hüquqi şəxslərlə yanaşı, kiçik sahibkarlıq subyekti hesab olunan fərdi sahibkarlar - fiziki şəxslərlə bağlı kompleks məlumatları əhatə edir.
Məcmuəyə 2009-2013-cü illərdə kiçik sahibkarlıq subyektlərinin əsas makroiqtisadi göstəriciləri, ölkə iqtisadiyyatında payı, onların regionlar və fəaliyyət növləri üzrə bölgüsü, işçilərin sayı və əmək haqqı fondu, investisiya qoyuluşu, maliyyə göstəriciləri haqqında əsas məlumatlar daxil edilmişdir.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Sahibkarlıq" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanda kiçik sahibkarlıq, 2014" (1.15 MB) linki vasitəsilə əldə etmək olar.