AZ    EN
logo

“MDB üzv-iştirakçı dövlətlərin statistika xidmətlərinin rəhbərləri Şurasının 52-ci iclası”nın və “MDB ölkələrində əmək statistikasının inkişafı: problemlər və informasiya mübadiləsinin perspektivləri” mövzusunda keçirilmiş seminarın yekunları haqqında

19.12.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri Natella Quliyeva 2014-cü il 11-12 dekabr tarixlərində Minsk şəhərində “MDB üzv-iştirakçı dövlətlərin statistika xidmətlərinin rəhbərləri Şurasının 52-ci iclası”nda və “MDB regionunda əmək statistikasının inkişafı: problemlər və informasiya mübadiləsinin perspektivləri” mövzusunda keçirilmiş tədbirdə iştirak etmişdir. Şuranın cari iclası MDB Dövlətlərarası Statistika Komitəsi, seminar isə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təşkil olunmuşdur.
MDB üzv-iştirakçı dövlətlərin statistika orqanlarının rəhbərləri Şurasının iclasında Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova və Rusiya statistika xidmətlərinin rəhbərləri, Azərbaycan, Ermənistan,Tacikistan respublikaları statistika xidmətlərinin səlahiyyətli nümayəndələri və MDB Dövlətlərarası Statistika Komitəsinin sədri iştirak etmişdir.
Şuranın iclasında MDB regionunda “Kənd təsərrüfatı və kənd statistikasının təkmilləşdirilməsinin qlobal strategiyası”nın həyata keçirilməsi üzrə işlərin gedişatı məsələlərinə, həmçinin MDB-nin statistik infrastrukturunun təkmilləşdirilməsi layihəsinin icrası ilə və MDB Statkomun veb-portalının işlənib hazırlanması ilə bağlı məsələlərə baxılmışdır.
İclasın sonunda MDB üzv-iştirakçı dövlətlərin statistika xidmətlərinin rəhbərləri Şurasının 2014-cü ildəki fəaliyyəti haqqında məlumat verilmiş və 52-ci iclasa yekun vurulmuşdur.
Şuranın iclası ilə yanaşı, “MDB regionunda əmək statistikasının inkişafı: problemlər və informasiya mübadiləsinin perspektivləri” mövzusunda seminar keçirilmişdir. Seminar “MDB regionunda əmək statistikasının inkişafı” layihəsi çərçivəsində təşkil olunmuşdur.
Seminarda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan, Ukrayna ölkələrinin, həmçinin, MDB Dövlətlərarası Statistika Komitəsinin, MDB İcra Komitəsinin Aparatının, Belarus Respublikasının Əmək, İqtisadiyyat, Daxili İşlər nazirliklərinin və Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak etmişlər.
Müşavirədə əmək statistiklərinin 19-cu beynəlxalq konfransının əsas müddəaları və onların MDB ölkələrində həyata keçirilməsi, “MDB regionunda əmək statistikasının inkişafı” layihəsinin məqsəd və vəzifələri, dövlətlərarası statistik əməkdaşlığın problemləri və perspektivləri, MDB üzv-iştirakçı dövlətlərində əmək bazarının və əhalinin həyat səviyyəsinin vəziyyəti haqqında məlumatlar müzakirə edilmişdir.
MDB Statkomun məruzəsində MDB regionunda əmək bazarının vəziyyətinin qısa təhlili və əmək statistikası üzrə məlumat mənbələri haqqında məlumat verilmişdir. İclasın iştirakçıları “MDB regionunda əmək statistikasının inkişafı” layihəsinin həyata keçirilməsinin məqsəd və vəzifələri haqqında məlumatlandırılmış, layihə çərçivəsindəki əsas fəaliyyət istiqamətləri müzakirə edilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim