AZ    EN
logo

Dövlət Statistika Komitəsində “Statistik Potensialın Gücləndirilməsi (StatCAB) proqramı” çərçivəsində təlim kursu keçirilmişdir

24.04.2015

2015-ci ilin 20-22 aprel tarixlərində Dövlət Statistika Komitəsinin Ticarət və turizm statistikası şöbəsində Türkiyə Statistika Qurumunun eksperti Abdullah Yüksəlin iştirakı ilə SESRİC tərəfindən maliyyələşdirilən “Statistik Potensialın Gücləndirilməsi (StatCAB) proqramı” çərçivəsində Topdan və pərakəndə ticarət statistikası üzrə təlim kursu keçirilmişdir. Təlimdə Topdan və pərakəndə ticarətin statistik müşahidəsinə dair Türkstatın təcrübəsi öyrənilmiş, bu sahədə təsnifatların tətbiqi, indekslərin hesablanması, ilkin məlumatların əldə edilməsi, işlənilməsi və yayımlanmasına dair ətraflı məlumat əldə edilmişdir. Təlim iştirakçıların suallarının cavablandırılması, ticarət dövriyyəsinin hesablanması zamanı respondentlər tərəfindən təqdim edilmiş natamam (gizlədilmiş və ya azaldılmış) göstəricilərin bərpa edilməsi usulları, bu sahədə mövsümi tərəddüdlərin və təqvim effektlərinin hesablanması üzrə beynəlxalq təcrübəyə dair geniş müzakirələr ilə müşayiət olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim