AZ    EN
logo

Qazaxıstan Respublikasının Almatı şəhərində turizm statistikasına dair seminar keçirilmişdir

14.12.2015

Cari ilin 30 noyabr - 3 dekabr tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində İslam Ölkələri Əməkdaşlıq Təşkilatının Sosial, İqtisadi və Statistik Araşdırmalar Mərkəzinin (SESRİC) təşkilatçılığı ilə turizm statistikasına dair keçirilən seminarda Dövlət Statistika Komitəsinin Ticarət və turizm statistikası şöbəsinin sektor müdiri Rauf Əliyev iştirak etmişdir. Seminarda əsas məqsəd turizmə dair köməkçi hesabların qurulması sahəsində üzv ölkələrin müvafiq qurumlarının mütəxəssislərinin bilik və bacarıqlarının artırılması, bu sahədə qabaqcıl təcrübənin üzv ölkələr arasında yayılması olmuşdur. Seminar iştirakçı ölkələrdə turizmin köməkçi hesablarına dair cədvəllərin qurulması sahəsində mövcud vəziyyət, gəlmə turizm statistikası və “Məhsul (xidmət) növləri və ziyarətçi kateqoriyalarına görə gəlmə turizm xərcləri” cədvəlinin tərtib edilməsi, daxili turizm statistikası və “Məhsul (xidmət) növləri üzrə və ziyarətçi kateqoriyaları üzrə daxili turizm xərcləri” cədvəlinin tərtib edilməsi, getmə turizm statistikası və “Məhsul (xidmət) növləri və ziyarətçi kateqoriyaları üzrə getmə turizm xərcləri” cədvəlinin tərtib edilməsi, ölkədaxili turizm və “Məhsul (xidmət) növləri və ziyarətçi kateqoriyaları üzrə ölkədaxili turizm istehlakı” cədvəlinin tərtib edilməsi, təklif nöqteyi-nəzərindən turizm statistikası, “Turizm və digər sahələrin istehsal hesabları (baza qiymətləri ilə)” və “Ölkədaxili turizmlə əlaqədar təklif və istehlakın ümumi həcmi (istehlak qiymətləri ilə)” cədvəllərinin tərtib edilməsi, MHS 2008-ci il variantının köməkçi hesabların qurulmasında istifadə edilməsi, “Turizm sahəsində məşğulluq”, “Turizm sahələri və digər sahələrdə turizmin əsas kapitalının ümumi yığımı”, “Məhsul növləri və dövlət idarəetmə oraqanları üzrə kollektiv turizm istehlakı” və “Turizmə dair qeyri-dəyər göstəriciləri” cədvəllərin tərtib edilməsi kimi mövzuları özündə əks etdirmişdir.
Seminarda Azərbaycan, Banqladeş, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, və Özbəkistanın statistika, bank və turizm üzrə mərkəzi administirasiyalarının mütəxəssisləri, eləcə də Ümumdünya Turizm Təşkilatı (ÜTT) və SESRİC-in nümayəndələri də daxil olmaqla 23 nəfər iştirak etmişdir.
ÜTT-nin eksperti turizm statistikasının aparılması üçün mövcud məlumat mənbələri və onlardan istifadə, göstəricilərin beynəlxalq müqayisəliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatında turizm sektorunun təsirinin ölçülməsi, turizm statistikasının aparılması üçün, xüsusən də turizmin köməkçi hesablarının qurulması üçün təşkilatlararası işçi qrupunun yaradılması və onun hüquqi əsasları barədə məlumat vermiş və iştirakçıların nəzərinə çatdırmışdır ki, turizmin köməkçi hesablarına dair cədvəllər, hesablar və əsas aqreqasiya olunmuş göstəricilər iki və daha çox mərhələlərə ayrılmaqla hər ölkə üçün xarakterik olan məlumat mənbələrindən istifadə etməklə, eyni zamanda tərif və anlayışları beynəlxalq tövsiyələrə uyğunlaşdırmaqla aparılmalıdır. Ekspert İlk mərhələdə köməkçi hesablara dair 1-7 və 10-cu cədvəllərin qurulmasını tövsiyə etmiş, hesabların tərtibi zamanı ziyarətçilər tərəfindən mal və xidmətlərin istehlakı və turizm üçün xarakterik olan məhsul buraxılışının (istehsalının) ümumi həcmi haqqında məlumatı əsas mənbə kimi qeyd etmişdir. Sonra cədvəllərin tərtib edilməsi qaydaları nümunələr əsasında izah edilmişdir.
Tədbirdə Azərbaycan Respublikasında turizm statistikası sistemi, məlumat mənbələri, bu sahədə aparılan statistika müşahidələri və turizm köməkçi hesablarına dair tərtib edilmiş 1-4-cü cədvəllər barədə təqdimatlar edilmiş, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat verilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim